Əsas Səhifə > Dünya > ABŞ-ın bir şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan olundu
ABŞ-ın bir şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan olundu26-02-2020, 13:55 |
|
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib. Ölkə rəsmilərinin bu addımı atması koronavirusa hazırlığa çağırış ilə əlaqədar olduğu bildirilir. “San-Fransiskoda koronavirus hadisəsi hələlik qeydə alınmasa da, dünyada vəziyyət sürətlə dəyişir və biz buna hazırlığımızı gücləndirməliyik”, - şəhərin meri London Brid bildirib. Xatırladaq ki, ABŞ-da 14 nəfərin koronavirusa yoluxması təsdiq edilib. Bunlar əsasən xaricə səfərlə bağlı yayılıb. Bundan başqa, “Diamond Princess” kruiz gəmisi və Çinin Uhan şəhərindən təxliyə edilmiş ABŞ vətəndaşlarının 39-da koronavirus infeksiyası aşkarlanıb. Rubrika.az Geri qayıt |