Əsas Səhifə > Siyasət, Cəmiyyət > Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir - FOTO
Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir - FOTO26-02-2020, 20:27 |
|
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib. Bu barədə Rubrika.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb. Rubrika.Az Geri qayıt |