Əsas Səhifə > İdman > Premyer Liqa: "Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının vaxtı bilindi
Premyer Liqa: "Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının vaxtı bilindi27-02-2020, 10:55 |
![]() Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli bəlli olub. Rubrika.Az-in "Report"a istinadla məlumatına görə, turun açılış matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Tura martın 8-də “Keşlə” – “Qarabağ” dueli ilə yekun vurulacaq. 07 mart (şənbə) 16:00. “Qəbələ” – “Sumqayıt” Qəbələ şəhər stadionu 18:00. “Neftçi” – “Sabah” “Bakcell Arena” 08 mart (bazar) 16:00. “Səbail” – “Zirə” “ASCO Arena” 18:00. “Keşlə” – “Qarabağ” “ASK Arena” Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. XIX turun oyunları isə bu həftəsonu baş tutacaq. Rubrika.Az Geri qayıt |