Əsas Səhifə > RubrikaTV Video > Xəstə qəbulu zamanı sərxoşluq edən qadın həkimlər işdən çıxarıldı-RƏZALƏT+VİDEO
Xəstə qəbulu zamanı sərxoşluq edən qadın həkimlər işdən çıxarıldı-RƏZALƏT+VİDEO27-02-2020, 12:18 |
|
"Saat 11-dir - bir uşaq həkimi işləmir, baş həkim isə burada kosmetika alveri edir..." Rusiyanın Kabardin-Balkar Respublikasının Tersk rayon xəstəxanasının əməkdaşları xəstələrin qəbulu zamanı təşkil etdikləri şampan ziyafətinin qalmaqallı videosunun yayımlanmasından sonra işlərini itiriblər. Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Görüntülərdə xəstəxana işçilərinin masa arxasında şampan içərək necə əyləndikləri görünür. Ziyarətçilərdən birinin kamerası açıq olan telefonla otağa daxil olması tibb xalatlarında olan xanımlar üçün sürpriz olub. Lakin onlar özlərini itirmədən tez bir zamanda spirt şüşəsini masanın altında gizlədiblər. Videonun müəllifi hiddətlə deyib ki, həkimlərin işləmək əvəzinə yeyib-içməklə məşğul olduğu bir vaxtda yüksək qızdırmalı azyaşlı xəstə uşaqla birlikdə ofis qapısı arxasında gözləməli olub. Kadrlarda dəhlizdə bir neçə valideynin uşaqları ilə birgə qəbulu gözlədikləri görünür... Sonra əlində kamera olan qadın tibb müəssisəsi rəhbərinin kabnetinə gedir və orada da qızların kosmetika alveri etməsi ilə qarşılaşır... "Saat 11-dir - bir uşaq həkimi işləmir, siz isə burada kosmetika alveri edirsiniz"-deyə ziyarətçi baş həkimi kəskin ittiham edib... Respublika Səhiyyə Nazirliyi Tersk rayon Mərkəzi Rayon Xəstəxanasının poliklinikasında baş verənlərə bənzər halların yolverilməz olduğunu bəyan edib və bir neçə əməkdaşı, o cümlədən uşaq şöbəsinin müdirini və qeydiyyat əməkdaşını işdən azad etmək qərarına gəlib. İş başında sərxoşluq etmiş digər həkimlərə isə şəxsi işlərinə daxil edilməklə şiddətli töhmət verilib. Rubrika.Az Geri qayıt |