Əsas Səhifə > Mədəniyyət > Röya 4 gün konsert verəcək
Röya 4 gün konsert verəcək27-02-2020, 12:35 |
|
Xalq artisti Röya Ayxan gələn ay verəcəyi konsert günlərinin sayını artırıb. Rubrika.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutacaq "Nazlı" adlı musiqili gecə 3 gün yox, 4 gün davam edəcək. Buna səbəb tədbirə marağın böyük olması və biletlərin uğurlu satışıdır. Röya instaqram səhifəsində paylaşım edərək 6 mart tarixində konsertə girişin xanımlar üçün pulsuz olacağını, 7, 8, 9 mart tarixləri üçün biletlərin az sayda qaldığını qeyd edib. Rubrika.Az Geri qayıt |