Əsas Səhifə > Cəmiyyət > "Baron Şəmi" və oğlu güllələnərək öldürüldü
"Baron Şəmi" və oğlu güllələnərək öldürüldü27-02-2020, 15:40 |
|
Yardımlıda ata və oğlu güllələnib. Rubrika.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib. Güllələnən şəxslərin adları da məlum olub. Onlar Masallı rayon sakinləri - "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur. Hər iki şəxsin öldüyü bildirilir. Rubrika.Az Geri qayıt |