Əsas Səhifə > Cəmiyyət > Bakıda işıqlar söndü: metronun hərəkəti dayandı
Bakıda işıqlar söndü: metronun hərəkəti dayandı27-02-2020, 16:30 |
|
Bir qədər əvvəl Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. Rubrika.Az xəbər verir ki, "Report” "Azərişıq” ASC ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Bakı metrosunda da gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından "Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub. Əlavə məlumat veriləcək. Rubrika.Az Geri qayıt |