Əsas Səhifə > Cəmiyyət > Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər üçün vahid portal yaradılacaq
Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər üçün vahid portal yaradılacaq27-02-2020, 18:10 |
|
Korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlərə baxılma işi təkmilləşdiriləcək. Rubrika.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb. Sənədə əsasən, Baş Prokurorluğa 2020–2022-ci illərdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılma işinin təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq nəzdində fəaliyyət göstərən “161 - qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, vahid elektron müraciət portalının (161.az) yaradılması tövsiyə edilib. Rubrika.Az Geri qayıt |