Əsas Səhifə > Siyasət > Mixail Xodorkovski: “Putinin Konstitusiya islahatı sadəcə, kələk gəlməkdir”
Mixail Xodorkovski: “Putinin Konstitusiya islahatı sadəcə, kələk gəlməkdir”27-02-2020, 19:29 |
![]() Kremllə yaşadığı münaqişə nətiəsində 2003-cü həbs edilən, azad olunduqdan sonra Rusiyanı tərk etməyə məcbur qalan “YUKOS” şirkətinin keçmiş sahibi, milyarder Mixail Xodorkovski özünün müxalifətçilik fəaliyyətini mühacirətdə davam etdirir. Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, keçmiş neft maqnatı İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə verdiyi müsahibədə mövcud iqtidarı və onun islahat adı ilə Konstitusiyada həyata keçirmək istədiyi düzəlişləri tənqid edib. “Mən azad olunduqdan sonra Putinin populyarlığının sönəcəyini iddia etmişdim. Lakin prezident onu yenidən qazanmaq üçün yeni bir yol tapdı. Bu da Rusiya iqtisadiyyatına zərbə vurmaq bahasına Krımın işğalı idi. İşğal Rusiya əhalisi üçün böyük psixoloji əhəmiyyətə malikdir. Son dövrlərdə Putin rejimi Belarusun hesabına yeni torpaqlar ələ keçirməklə eyni üsula əl atmaq istəyir”, - deyə o, qeyd edib. Mixail Xodorkovski Rusiyada etirazlar yolu ilə situasiyanın dəyişməsinin çətin olduğunu etiraf edib: “Birincisi ruslar psixoloji və mədəni mənada avroatalantik sivilizasiyalara daxil edilirlər. Yəni əgər sabah mübarizə aparmaq və ya mühacirət etmək seçimi yaransa onlar sonuncunu seçəcəklər. Çünki Rusiya xalqı Qərbdə asanlıqla uyğunlaşa bilir. Bu isə ölkə daxilində hakimiyyətə təzyiqi azaldır. Məhz bu səbəbdən Vladimri Putin vətəndaşların kütləvi şəkildə ölkəni tərk etməsinə əngəl törətmir. Lakin bununla biz yeni beyinlərdən məhrum qalırıq. İkincisi, inqilab gənclərin işidir. Rusiya artıq çoxdandır gəncliyini itirib. Əhalinin böyük qismi orta yaşlı və ya qoca insanlardır. Bu isə azlıqda qalan gənclərə diqqətlərini yalnız sosial problemlərə yönəltməsinə səbəb olur”. Rubrika.Az M.Xodorkovski Rusiyada əsl dəyişiklik tərəfdarlarının siyasi və iqtisadi elita arasında daha çox olduğunu, lakin qorxudan bunu dilə gətirməyə cəsarət etmədiklərini vurğulayıb. Prezident Putinin son Konstitusiya islahatları mövzusuna da toxunan Mixail Xodorkovski bunun hakmiyyətdə qalmaq üçün növbəti kələk olduğunu söyləyib: “Putin üçün konstitusiya islahatı “B” planı olub. “A” planı isə Belarusla birləşmək və İttifaq daxilində yaradılcaq yeni orqanın başına keçmək idi. İndi yeni Konstitusiyaya görə hakimiyyətin mərkəzi Putinin sədrliyi altında olacaq Dövlət və ya Təhlükəsilzik şurasına keçəcək. Lakin Kreml prezidentin səlahiyyət müddətini artırılması haqqında da düşünə bilər. Çox güman ki, bütün bunlarla bağlı son qərar 2024-cü ildə veriləcək”. Geri qayıt |