Əsas Səhifə > Cəmiyyət > Cəmi 1 yoluxma halı aşkarlandı, Əfqanıstan İranla sərhədi bağlayıb, virusla mübarizəyə 15 milyon dollar ayırdı
Cəmi 1 yoluxma halı aşkarlandı, Əfqanıstan İranla sərhədi bağlayıb, virusla mübarizəyə 15 milyon dollar ayırdı27-02-2020, 19:57 |
![]() Dünyanın ən yoxsul və ən miskin ölkələrindən olan Əfqanıstan ölkədə cəmi 1 yoluxma halının aşkarlanmasından sonra Covid-19 virusu ilə mübarizə tədbirləri üçün əlavə 15 milyon dollar ayırıb. Virtualaz.org xəbər verir ki, bu haqda Əfqanıstan prezidenti Əşrəf Qəninin mətbuat xidməti bildirib. 15 milyon dollar Əfqanıstan üçün böyük puldur və bildirilir ki, bu məbləğin ayrılması prezidentin rəhbərliyi ilə keçirilmiş müşavirədə qərara alınıb. Müşavirədə səhiyyə naziri Ferozuddin Feroza, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdulla Mohiba və digər rəsmilər iştirak ediblər. Rubrika.Az Geri qayıt |