Əsas Səhifə > İdman > Azərbaycanlı şahmatçı Moskvada keçirilən turnirin qalibi oldu
Azərbaycanlı şahmatçı Moskvada keçirilən turnirin qalibi oldu27-02-2020, 20:27 |
|
Moskvada keçirilən şahmat üzrə "Aeroflot Open 2020" turnirinə yekun vurulub. Rubrika.Az xəbər verir ki, yarışın sonuncu turunda birinci yer uğrunda oyun iki azərbaycanlı şahmatçı - Rauf Məmmədov və Aydın Süleymanlı arasında olub. Qarşılaşma heç-heçə bitib. Turnirin qalibi əlavə göstəricilərə görə Aydın Süleymanlı olub. Turnir ərzində möhtəşəm oyun sərgiləyən Süleymanlı (bütün oyunlarda rəqiblərin reytinqi 2600+ olub) növbəti uğura nail olub. Rubrika.Az Geri qayıt |