Əsas Səhifə > İstisadiyyat > Neftin ucuzlaşması kritik vəziyyət yarada bilər

Neftin ucuzlaşması kritik vəziyyət yarada bilər


28-02-2020, 17:50
Neftin ucuzlaşması kritik vəziyyət yarada bilər



"Azərbaycan neftinin qiyməti kritik həddə enib - 52 dollar. Büdcədə isə 55 dollardan hesablanıb. Ucuzlaşma tendensiyasının yaxın aylarda da davam edəcəyinin gözlənilməsi yeni devalvasiya riskləri yaradır".
Rubrika.Az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu fikirlər iqtisadçı ekspert Qadir İbrahimliyə məxsusdur. Onun fikrincə, neftin ucuzlaşması 2015-ci ilin böhranından da böyük böhrana səbəb ola bilər:

"DTX-nın bu yaxınlarda həyata keçirdiyi əməliyyatlar Azərbaycan rayonlarındakı korrupsiya şəbəkəsini rəsmən təsdiqlədi - rayonun ən böyük iş adamı icra başçısıdır - əsas biznes təsisatları ona məxsusdur, üstəlik hətta məktəblərdə yığılan süpürgə pulunda da payı var. Məsələnin başqa bir yozumu da odur ki, rayonlarda real iqtisadiyyat adına nə varsa icra başçılarına məxsusdur. Təbii ki, icra başçıları özlərinə rəqib gördükləri ciddi investorları yaxına buraxmaq belə istəmir. Yeni iş yerləri özəl sektorda yox, dövlət investisiyaları hesabına yaradılır. Neft ucuzlaşdıqca həmin investisiya layihələrinin də taleyi sual altına düşəcək.

Bu, problemin bir hissəsidir. İkinci hissə isə ondan ibarətdir ki, icra başçıları (eləcə də başqa məmurlar) bizneslərindən gələn gəlirləri, büdcədən oğurladıqlarını və yığdıqları rüşvəti Avropa və başqa ölkələrə daşıyır, daşınmaz əmlak alır, biznes qururlar. Yenə həmin pullar ölkədə yeni biznes layihələrinə yatırılsaydı, iqtisadiyyat bundan nəsə faydalıana bilərdi.


Rubrika.Az

Vəziyyət 2015-ci ilin böhranından da kritikdir. Çünki 2015-ci ilin martına, Rusiya Krımı işğal edənə qədər Azərbaycan rayonlarına bu ölkədən böyük pullar axırdı. Ancaq Krımın işğalından sonra Qərbin Rusiyaya sanksiya tətbiq etməsi və investisiya yatırımını dayandırması səbəbindən pullar tədricən azaldı, indi isə minimuma enib. Bu vəziyyətdə neftin ucuzlaşması 2015-ci ilin böhranından da böyük böhrana səbəb ola bilər".
Geri qayıt