Əsas Səhifə > Hadisə > İmişlidə yük maşını divara çırpıldı, xəsarət alan var - FOTO

İmişlidə yük maşını divara çırpıldı, xəsarət alan var - FOTO


28-02-2020, 18:07
İmişlidə yük maşını divara çırpıldı, xəsarət alan var - FOTO


İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mil-Muğan bürosunun məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin sakini, 1985-ci il təvəllüdlü Müşfiq Xaləddin oğlu Hüseynovun idarə etdiyi "Ford" markalı yük maşını idarəetmədən çıxaraq əvvəlcə ağaca dəyib, daha sonra isə divara çırpılıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt