Əsas Səhifə > Cəmiyyət > Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ
Məktəblərdə koronavirus təhlükəsinə görə dərslər dayandırılacaq? - RƏSMİ28-02-2020, 18:12 |
|
Azərbaycan Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib: “Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir”.(Oxu.Az) Rubrika.Az Geri qayıt |