Əsas Səhifə > Cəmiyyət > ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat yayıb
ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat yayıb28-02-2020, 19:29 |
|
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiq edir. Rubrika.Az-ın xəbərinə görə, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilib. “ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir. Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Rubrika.Az Geri qayıt |