Əsas Səhifə > Dünya > Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı
Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı28-02-2020, 20:36 |
|
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb. Rubrika.Az bildirir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: "21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq". Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb. Rubrika.Az Geri qayıt |