Əsas Səhifə > Dünya > Nur-Sultan-Bakı aviareysləri dayandırılır
Nur-Sultan-Bakı aviareysləri dayandırılır2-03-2020, 09:29 |
|
Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır. “NewTimes.kz” məlumat verir ki, Almatı-Bakı reyslərinin sayı beşdən birə, Aktau-Bakı reyslərinin sayı isə yeddidən birə endiriləcək. Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb. “Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər”, - deyə o bildirib. Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb. Rubrika.az Geri qayıt |