Əsas Səhifə > Səhiyyə > Koreyada koronavirusdan ölənlərin sayı 26-ya çatdı
Koreyada koronavirusdan ölənlərin sayı 26-ya çatdı2-03-2020, 09:44 |
|
Cənubi Koreyada koronavirusa yoluxmuş daha 4 nəfər ölüb. Rubrika.Az “Korea Herald”a istinadən xəbər verir ki, ölkədə epidemiyadan ölənlərin sayı 26-ya çatıb. Rəsmi məlumata görə, Cənubi Koreyada koronavirus daşıyıcılarının sayı 4 212 nəfərdir. Xatırladaq ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 89 077 nəfərdir. Bunların 45 146 nəfəri sağalıb, 3 053 nəfər isə ölüb. Rubrika.az Geri qayıt |