Əsas Səhifə > Cəmiyyət > Azərbaycan hökuməti dərman alınmasına 10 milyon manat ayırdı
Azərbaycan hökuməti dərman alınmasına 10 milyon manat ayırdı2-03-2020, 13:06 |
![]() Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib. Rubrika.Az virtualaz.org- istinadla bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Rubrika.Az Geri qayıt |