Əsas Səhifə > Dünya > Ərdoğan Rusiyaya gedir

Ərdoğan Rusiyaya gedir


2-03-2020, 14:14
Ərdoğan Rusiyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan martın 5-də Rusiyaya səfər edəcək.

Rubrika.az Rusiya KİV-lərinə istinadən məlumat verir ki, bu barədə Kremlin sözçüsü Dmitriy Peskov bildirib.

Bundan əvvəl Türkiyə Prezidentinin admnistrasiyası məlumat yaymışdı ki, martın 5-də Ərdoğanın Rusiyaya səfəri planlaşdırılır. "Bizim Prezident martın 5-də Rusiyaya birgünlük səfər etməyi planlaşdırır", - deyə məlumatda bildirilirdi.

Rusiya KİV-ləri yazır ki, Ərdoğanın səfəri Suriyanın İdlib əyalətində baş verənlərlə bağlıdır.

Fevralın 28-də Putinlə Ərdoğan arasında telefon danışığı olub. Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlarda prezidentlər İdlibdəki vəziyyəti və yaxın vaxtlarda görüşmək imkanlarını müzakirə ediblər.

Rubrika.az

Geri qayıt