Əsas Səhifə > Siyasət > Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın tərkibi dəyişdi
Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın tərkibi dəyişdi2-03-2020, 18:55 |
|
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqlənib. Rubrika.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Komissiyanın üzvləri sırasından “Vergilər nazirinin müavini və Nazirlər Kabineti Aparatının rəhbəri” sözləri çıxarılıb. “Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri isə “Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilib. Sərəncamla Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb: Komissiyanın həmsədri Azərbaycan Respublikasının Baş naziri Komissiyanın üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının təhsil naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının gənclər və idman naziri Naxçıvan Muxtar Respublikasının Baş naziri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib). Rubrika.Az Geri qayıt |