Əsas Səhifə > Dünya > Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı

Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı


2-03-2020, 19:09
Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı


Fransada koronavirusdan ölənlərin sayı artıb.

Rubrika.Az xəbər verir ki, ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib.

Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır.

Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini təxirə salıb.


Rubrika.Az
Geri qayıt