Əsas Səhifə > Cəmiyyət > "Mümkün qədər ev şəraitində olsunlar" - Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT
"Mümkün qədər ev şəraitində olsunlar" - Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT2-03-2020, 19:26 |
|
"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır". Rubrika.Az xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"-yə açıqlamasında deyib. Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib: "Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir". Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq. Rubrika.Az Geri qayıt |