Əsas Səhifə > Cəmiyyət > Koronaviruslu xəstəyə ağciyər köçürüldü

Koronaviruslu xəstəyə ağciyər köçürüldü


2-03-2020, 20:56
Koronaviruslu xəstəyə ağciyər köçürüldü


Çində koronaviruslu xəstəyə ağciyər transplantasiya ediblər.

Bu barədə Shine.cn xəbər yayıb.

Bildirilir ki, Usi şəhərində xəstəxanada keçirilən əməliyyat uğurla başa çatıb.

59 yaşlı xəstəyə iki ağciyər transplantasiya edilib.

Əməliyyat beş saat davam edib. Mənfi təzyiq rejimində olan otaqda əməliyyat aparan cərrahlar qoruyucu geyimdə olublar.


Rubrika.Az
Geri qayıt