Əsas Səhifə > İdman > Moskvada idman yarışları qadağan oluna, stadionlar bağlana bilər
Moskvada idman yarışları qadağan oluna, stadionlar bağlana bilər3-03-2020, 12:53 |
|
Rusiyanın paytaxtı Moskvada şəhər meriyası koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün tədbirlər planı hazırlayır. "Report" "Championat"a istinadən xəbər verir ki, bununla bağlı iki variant üzərində iş gedir. A planında profilaktik tədbirlər nəzərdə tutulub. Burada Rusiya paytaxtında fevralın 28-dən sonra keçirilən bütün beynəlxalq idman tədbirlərinin müəyyən müddətə qədər təxirə salınmasından bəhs olunur. B planında isə idman yarışlarına qadağa qoyulması, stadionların, idman meydançalarının bağlanması qeyd olunub. Qeyd edək ki, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində 811 nəfər koronavirusa yoluxmada şübhəli bilinir. Rubrika.az Geri qayıt |