Əsas Səhifə > Cəmiyyət > Qobustanda zəhərlənən bir ailənin üzvlərinin son durumu açıqlandı - YENİLƏNİB

Qobustanda zəhərlənən bir ailənin üzvlərinin son durumu açıqlandı - YENİLƏNİB


3-03-2020, 17:37
Qobustanda zəhərlənən bir ailənin üzvlərinin son durumu açıqlandı - YENİLƏNİB


Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərin son durumu açıqlanıb.
Belə ki, uşaq əməliyyatdan çıxıb.

“O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətin ağırdır. Digər zərərlənən şəxslərin də vəziyyəti ağır, stabildir. Hələlik laboratoriyanın nəticəsi məlum deyil”, məlumatda qeyd edilib.

Qeyd edək ki, Qobustan rayonunda kütləvi zəhərlənən şəxslərdən biri ölüb.

Hadisə martın 2-si saat 18:30 radələrində baş verib.

Belə ki, Qobustan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Şıxəliyev Elnur Amil oğlu, 1986-cü il təvəllüdlü Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, 2009-cu il təvəllüdlü Şıxəliyev Məhəmməd Elnur oğlu, 2006-cı il təvəllüdlü Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.


TƏBİB-in Mətbuat Xidmətindən rəhbəri Rəvanə Əliyeva “Report”a bildirib ki, yaşlı qadın – nənə qanda olan dəyişiklikdən beyin qansızması keçirib və o, vəfat edib: “Uşaqlardan biri isə hazırda əməliyyatdadır”.


TƏBİB-in Mətbuat Xidmətindən bildirilib ki, uşaq əməliyyatdan çıxıb.

“O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətin ağırdır. Digər zərərlənən şəxslərin də vəziyyəti ağır, stabildir. Hələlik laboratoriyanın nəticəsi məlum deyil”, məlumatda qeyd edilib.


Rubrika.Az
Geri qayıt