Əsas Səhifə > Dünya > Koronavirusdan 11 nəfər vəfat etdi – İranda

Koronavirusdan 11 nəfər vəfat etdi – İranda


3-03-2020, 17:43
Koronavirusdan 11 nəfər vəfat etdi – İranda


İranda koronavirusa yoluxan daha 11 nəfər dünyasını dəyişib.
Rubrika.Az Yenisabah.az-a istinad edərək xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Rza Rəisi Tehranda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, daha 835 nəfər isə koronavirusa yoluxub. Bununla da İranda koronavirusdan ölənlərin sayı 77, yoluxanların sayı isə 2 min 336 nəfərə çatıb.

Nazir müavini onu da qeyd edib ki, bu günə qədər 8 min 532 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanalara müraciət edib. Onlardan 5 min 737 nəfərdən analiz götürülüb.


Rubrika.Az
Geri qayıt