Əsas Səhifə > Səhiyyə > İrana səfər etmiş şəxs koronavirusa yoluxdu
İrana səfər etmiş şəxs koronavirusa yoluxdu4-03-2020, 11:37 |
![]() Avstraliyada daha bir nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Rubrika.Az yerli “7News” agentliyinə istinadən xəbər verir ki, İrandan qayıdan 26 yaşlı şəxsdə koronavirus infeksiyası aşkarlanıb. Bununla da Avstraliyada koronavirus daşıyıcılarının sayı 11-ə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 168-ə çatıb. Bunların 50 973 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub. Rubrika.Az Geri qayıt |