Əsas Səhifə > Cəmiyyət > Martın 30-da Rostov-Bakı aviareysi açılacaq
Martın 30-da Rostov-Bakı aviareysi açılacaq4-03-2020, 17:27 |
![]() Bakı ilə Rostov şəhərləri arasında birbaşa sərnişin aviareys təşkil olunacaq. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib. Onun sözlərinə görə, bu gün imzalanan sənədə əsasən ilk uçuş martın 30-da həyata keçiriləcək. Qeyd edək ki, bu gün Bakıda Rusiyanın “Azimut” aviaşirkəti ilə Azərbaycanın “PASHA Travel” şirkəti arasında hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Rubrika.Az Geri qayıt |