Əsas Səhifə > Dünya > Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub
Avropa İttifaqının rəsmisi koronavirusa yoluxub4-03-2020, 17:59 |
![]() Avropa İttifaqının (Aİ) rəsmisi koronavirusa yoluxub. Rubrika.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ sözçüsü Dana Spinant bildirib. O deyib ki, koronavirusa yoluxan şəxs Brüsseldə Aİ-nin Müdafiə Agentliyində çalışır və bu yaxınlarda İtaliyadan qayıdıb. Həmin şəxs İtaliyadan qayıtdıqdan sonra səfərin yekunu və nəticələri ilə bağlı Aİ-nin 30 rəsmisi ilə 4 saatlıq görüş keçirib. Ötən həftənin şənbə günü koronavirusa yoluxan şəxsin vəziyyəti pisləşib və ondan götürülən analizin cavabı müsbət çıxıb. D. Spinant qeyd edib ki, Aİ-nin Müdafiə Agentliyinin bu həftəyə planlaşdırılan bütün iclasları təxirə salınıb və həmin şəxslə görüşən digər rəsmilərdən də analizlər götürülüb. Rubrika.Az Geri qayıt |