Əsas Səhifə > Cəmiyyət > AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı4-03-2020, 18:10 |
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Rubrika.Az xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova (Elnur Eltürk) həvalə edilib. Qeyd edək ki, E.Eltürk 2019-cu ilin mayın 8-də Mərkəzi Elmi Kitabxanasına direktor müavini təyin olunub. Geri qayıt |