Əsas Səhifə > Təhsil > ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə qəbula start verildi
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə qəbula start verildi4-03-2020, 18:17 |
|
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir. Təhsil Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq. Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 30 mart 2020-ci il tarixinədək müraciət etməlidirlər. İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Rubrika.Az Geri qayıt |