Əsas Səhifə > İdman > Türkiyə millisinin daha bir futbolçusu sıradan çıxdı
Türkiyə millisinin daha bir futbolçusu sıradan çıxdı4-03-2020, 18:19 |
|
Futbol üzrə Türkiyə milli komandası AVRO-2020 ərəfəsində növbəti itki ilə üzləşib. Rubrika.Az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak sıradan çıxıb. Almaniyanın "Şalke" klubunun formasını geyinən 20 yaşlı oyunçu Bundesliqanın XXIV turunda "Köln"lə matçın (0:3) 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. Bu gün tibbi müayinədən keçən futbolçunun təqribən 9 - 12 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Türkiyə millisinin heyətində Ozan Kabakdan əvvəl Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun da sıradan çıxıb. Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rubrika.Az Geri qayıt |