Əsas Səhifə > Hadisə > Şəmkirdə avtomobil idarəetmədən çıxaraq aşıb, 2 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil idarəetmədən çıxaraq aşıb, 2 nəfər xəsarət alıb


4-03-2020, 20:51
Şəmkirdə avtomobil idarəetmədən çıxaraq aşıb, 2 nəfər xəsarət alıb



Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az Apa-ya istinadən bildirir ki, hadisə rayonun Sarıtəpə kəndi yaxınlığında qeydə alınıb.

Rayon sakini İsmayılov İqbal idarə etdiyi “Lexus” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza zamanı sürücü və onun anası Əliyeva Naibə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt