Əsas Səhifə > Səhiyyə > Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü


5-03-2020, 09:11
Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı artıb.

Rubrika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 012 nəfərdir. Virusa yoluxmuş 52 mindən çox ölkə vətəndaşı sağalıb. Hazırda Çin Xalq Respublikasında virusa yoluxanların sayı 80,4 min nəfərə çatıb.

Çərşənbə günü ölkədə 80,2 min nəfərin koronavirusa yoluxduğu, 2 981 nəfərin virusdan öldüyü, 49,8 min nəfərin sağalığı xəbər verilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Rubrika.az
Geri qayıt