Əsas Səhifə > Dünya > Bu ölkə lideri koronavirusa yoluxdu
Bu ölkə lideri koronavirusa yoluxdu5-03-2020, 09:56 |
|
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) lideri Məhəmməd bin Zayed koronavirusa yoluxub. “Haber Global”ın məlumatına görə, İsrailin “N12” kanalı bu barədə iddia edib. Məlumatda deyilir ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayedə koronavirus diaqnozu qoyulub. Son məlumatlara görə, BƏƏ-də bu təhlükəli virusa yoluxanların sayı 27-yə çatıb. Koronavirus xəstələri hazırda Əbu-Dabidəki xəstəxanada karantin şəraitində müalicə olunurlar. Yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə məktəblərin və bağçaların fəaliyyəti dayandırılıb. Rubrika.az Geri qayıt |