Əsas Səhifə > Dünya > Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı
Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı5-03-2020, 10:16 |
|
İdlibdə Türkiyə ordusunun “Bahar qalxanı” əməliyyatı apardığı bölgədə gərginlik yaşanıb. Haber7.com-un məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri həyəcan siqnalı ilə havaya qaldırılıb. Türkiyə təyyarələrinin havaya qaldırılmasına səbəb isə Rusiyaya məxsus döyüş təyyarələrinin “Bahar qalxanı” əməliyyatının aparıldığı bölgəyə yaxınlaşması olub. Havaya qaldırılan Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları komandanlığın əmri əsasında Suriya sərhədi boyu bir müddət uçuş həyata keçirib. Rusiyaya məxsus döyüş təyyarələrinin əməliyyat bölgəsindən uzaqlaşmasından sonra gərginlik sona çatıb. Geri qayıt |