Əsas Səhifə > Cəmiyyət > Məhkəmə cərimələnən “Gilan Holding” şirkəti ilə bağlı qərar çıxardı

Məhkəmə cərimələnən “Gilan Holding” şirkəti ilə bağlı qərar çıxardı


5-03-2020, 11:22
Məhkəmə cərimələnən “Gilan Holding” şirkəti ilə bağlı qərar çıxardı

Bakı Apelyasiya Məhkəməsində cərimələnən “Gilan Holding” MMC şirkəti tərəfindən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib.

İş baxılmaq üçün yenidən Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Gilan Holding” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Palata tərtib etdiyi protokolu baxılmaq üçün Yasamal Rayon Məhkəməsinə göndərib.

Məhkəmə Fövqəladə Hallar Nazirliyini İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək, barəsində 331000 avro məbləğində cərimələnməsi haqqında qərar çıxarıb.

Qərardan narazı qalan nazirlik apelyasiya şikayəti verib.

Rubrika.Az
Geri qayıt