Əsas Səhifə > Dünya > Ərdoğanın Rusiyaya səfəri başladı

Ərdoğanın Rusiyaya səfəri başladı


5-03-2020, 15:05
Ərdoğanın Rusiyaya səfəri başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib.

Rubrika.Az xəbər verir ki, Türkiyə liderinin təyyarəsi bu dəqiqələrdə Moskvanın Vnukovo hava limanına enib.

Qeyd edək ki, bu gun Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Görüşdə Suriyanın İdlib əyalətindəki vəziyyət müzakirə olunacaq.

Görüşün yekunları ilə bağlı liderlərin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılır. /APA

Rubrika.az

Geri qayıt