Əsas Səhifə > Dünya > Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı

Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı


5-03-2020, 15:46
Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı

İdlibdə Türkiyə ordusunun “Bahar qalxanı” əməliyyatı apardığı bölgədə gərginlik yaşanıb.

Rubrika.az "Haber7.com"-a istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri həyəcan siqnalı ilə havaya qaldırılıb.

Türkiyə təyyarələrinin havaya qaldırılmasına səbəb isə Rusiyaya məxsus döyüş təyyarələrinin “Bahar qalxanı” əməliyyatının aparıldığı bölgəyə yaxınlaşması olub.

Havaya qaldırılan Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları komandanlığın əmri əsasında Suriya sərhədi boyu bir müddət uçuş həyata keçirib.

Rusiyaya məxsus döyüş təyyarələrinin əməliyyat bölgəsindən uzaqlaşmasından sonra gərginlik sona çatıb.

Rubrika.Az

Geri qayıt