Əsas Səhifə > Cəmiyyət > Azərbaycan XİN Ukraynanın yeni Xarici İşlər nazirini təbrik edib
Azərbaycan XİN Ukraynanın yeni Xarici İşlər nazirini təbrik edib5-03-2020, 18:48 |
|
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın yeni təyin olunan Xarici İşlər nazirini təbrik edib. Rubrika.Az-ın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib. "Dmitri Kulebanı Ukraynanın yeni Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edir və ona vəzifəsində uğurlar arzu edirik. Vadim Pristaykoya da Ukrayna hökumətində yeni vəzifəyə təyin olunması münasibətilə ən xoş arzularımızı çatdırırıq. İnanırıq ki, Ukrayna və Azərbaycan arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcək və güclənəcək”, - deyə qeyd olunub. Rubrika.Az Geri qayıt |