Əsas Səhifə > Dünya > Yunanıstanda koronavirusa yoluxanların sayı 10-na çatıb
Yunanıstanda koronavirusa yoluxanların sayı 10-na çatıb5-03-2020, 18:53 |
![]() Yunanıstanda koronavirusa yoluxanların sayı 10-na çatıb. Onlardan biri İsrail, digəri isə Misirdən turistik səfərdən qayıdıblar. Xəstələr karantinə yerləşdiriliblər. Qeyd edək ki, Yunanıstan hökuməti Axaya və İliya prefekturalarında məktəbləri, idman komplekslərini, muzeyləri, kinoteatrları, teatrları, arxeoloji abidələri və insanların çox toplaşdığı digər yerləri müvəqqəti bağlamaq barədə qərar qəbul edib. Bu bölgələrdə koronavirusdan yoluxmaların sayı artır. Xəstəlikdən şübhəli olan şəxslərin hamısı karantinə yerləşdirilib.//musavat.com Rubrika.Az Geri qayıt |