Əsas Səhifə > Dünya > SEPAH komandanı: “Koronavirus ABŞ-ın bioloji silahı ola bilər”
SEPAH komandanı: “Koronavirus ABŞ-ın bioloji silahı ola bilər”5-03-2020, 20:46 |
![]() “Yeni tip koronavirus ABŞ-ın bioloji silahı ola bilər”. APA-nın İSNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Hüseyn Salami deyib. SEPAH-ın komandanı qeyd edib ki, əgər bu, ABŞ-ın əməlidirsə, Amerika xalqına da təsir edəcək, əks təqdirdə koronavirusun yayılması dayandırılacaq. Xatırladaq ki, İranda koronavirusa 3513 nəfər yoluxub, xəstəlikdən 107 nəfər ölüb. Rubrika.Az Geri qayıt |