Əsas Səhifə > Cəmiyyət > Bakı polisi mənşəyi məlum olmayan 426 kq ət aşkarladı Bakıda mənşəyi
Bakı polisi mənşəyi məlum olmayan 426 kq ət aşkarladı Bakıda mənşəyi6-03-2020, 10:25 |
|
Bakıda mənşəyi məlum olmayan ət aşkarlanaraq müsadirə olunub. Rubrika.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə martın 4-də Nərimanov rayonun Təbriz küçəsində qeydə alınıb. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü E.Əliyevin “VAZ-2107” markalı avtomobilindən onun sərnişini, paytaxt sakini, 1999-cu il təvəlüldü M.Babayevə məxsus mənşəyi məlum olmayan 426 kq ət aşkar olunaraq götürülüb. Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir. Rubrika.Az Geri qayıt |