Əsas Səhifə > Cəmiyyət > Baş nazirin olduğu tədbirə silahlı hücum: 23 ölü, 33 yaralı

Baş nazirin olduğu tədbirə silahlı hücum: 23 ölü, 33 yaralı


6-03-2020, 14:27
Baş nazirin olduğu tədbirə silahlı hücum: 23 ölü, 33 yaralı

Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən tədbirə edilən silahlı hücumda 23 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, bu gün Kabilin Musalla bölgəsində həzəraların keçmiş lideri Abdul Əli Məzarinin anım tədbirinə silahlı hücum edilib. Tədbirdə Baş Nazir Abdullah Abdullah da iştirak edib. Onun xəsarət almadığı bildirilir.

***12:32

Əfqanıstanın paytaxtı Kabildə dövlət rəsmilərinin iştirak etdiyi tədbirə silahlı hücum təşkil edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, tədbirdə Baş nazir Abdulla Abdulla, sabiq prezident Həmid Kərzai, Yüksək Sülh Şurasının rəhbəri Məhəmməd Kərim, Baş nazirin nümayəndəsi Muciburahman Rəhimi və digər rəsmi şəxslər iştirak ediblər.

Hücum nəticəsində Baş nazirin xəsarət almadığı bildirilir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Rubrika.Az
Geri qayıt