Əsas Səhifə > Cəmiyyət > Dünyada koronavirusa yoluxanların sayı 100 mini ötdü
Dünyada koronavirusa yoluxanların sayı 100 mini ötdü6-03-2020, 17:40 |
![]() Dünyada koronavirus daşıyıcılarının sayı 100 242 nəfərə çatıb. Rubrika.Az “Report”-a istinadən xəbər verir ki, ölənlərin sayı 3 408, sağalanların sayı isə 55 812 nəfərdir. Ən çox yoluxma və ölüm halı Çində aşkarlanıb. Ölkədə indiyədək 80 559 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 3 042 nəfərdir. Azərbaycanda isə 6 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Ölkəmizdə bu virusdan ölüm hadisəsi qeydə alınmayıb. Ümumilikdə koronavirus 94 ölkə və regionu əhatə edir. Rubrika.Az Geri qayıt |