Əsas Səhifə > Cəmiyyət > Nazir müavinləri vətəndaşlarla görüşdü

Nazir müavinləri vətəndaşlarla görüşdü


6-03-2020, 18:10
Nazir müavinləri vətəndaşlarla görüşdü


Martın 6-da İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Tovuzda, Sahib Məmmədov isə Samuxda vətəndaşları qəbul ediblər.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az bildirilib ki, qəbula gələnlərin müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılmasına dəstək göstərilməsi, sosial və sair məsələlərlə bağlı olub. Müraciətlər dinlənilib, bir sıra məsələlər yerindəcə həll olunub, digərləri barədə aidiyyəti üzrə tapşırıqlar verilib.


Rubrika.Az
Geri qayıt