Əsas Səhifə > Aktual > Təcili yardım çağırışına qoruyucu geyimdə gələn tibb işçiləri döyüldü
Təcili yardım çağırışına qoruyucu geyimdə gələn tibb işçiləri döyüldü6-03-2020, 18:39 |
![]() Rusiyanın Moskva şəhərində təcili yardım çağırışına gələn tibb işçiləri döyülüb. Gazeta.ru-nun xəbərinə görə, pnevmaniyası olan uşağa təcili yardım çağırılıb. Tibb işçiləri çağırış yerinə qoruyucu geyimdə gəliblər. Bundan qəzəblənən uşağın atası onları döyüb. Nəticədə, onların birinin burnu sınıb və kəllə-beyin travması alıb. Hazırda hadisənin təfərrüatı aydınlaşdırılır. Rubrika.Az Geri qayıt |