Əsas Səhifə > Hadisə > Bərdədə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
Bərdədə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb6-03-2020, 19:06 |
|
Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Otuzikilər kəndində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini İxtiyar Mirzəyevin idarə etdiyi minik avtomobili Amil Mustafayevin sükanı arxasında olduğu traktorla toqquşub. Nəticədə 5 nəfər - Yevlax rayon sakinləri, 1955-ci il təvəllüdlü İxtiyar Mirzəyev, 1959-cu il təvəllüdlü Yeganə Mirzəyeva, 2015-ci il təvəllüdlü Əli Mirzəyev, 2014-cü il təvəllüdlü Mələk Mirzəyeva və Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Ziyafət Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |