Əsas Səhifə > Cəmiyyət > Almaniya Bundestaqının vitse-prezidenti: “Xocalıda baş verənlər insanlığın faciəsidir”

Almaniya Bundestaqının vitse-prezidenti: “Xocalıda baş verənlər insanlığın faciəsidir”


6-03-2020, 19:19
Almaniya Bundestaqının vitse-prezidenti: “Xocalıda baş verənlər insanlığın faciəsidir”


Martın 5-də Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu, Almaniya Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə Xocalı soyqırımının ildönümü münasibətilə Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində 8-ci “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” simpoziumu keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer simpoziumu giriş sözü ilə açaraq, Xocalı qətliamı və Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin müxtəlif aspektlərinə toxunub.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edib. Azərbaycan-Almaniya münasibətlərindən bəhs edən səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin də bu münasibətlərin gündəliyində yer alan mühüm məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, münaqişənin həllinə dair nikbinlik demək olar ki, yoxdur və bunun səbəbi Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkmək istəməməsidir. 2020-ci il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş ictimai debatlara istinad edən səfir Azərbaycan Prezidentinin münaqişəyə dair həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını, Ermənistanın hazırkı iqtidarının isə yalan və populizm üzərində qurulmuş ritorika ilə ictimaiyyəti aldatmaq və status kvonu saxlamağa çalışdığını vurğulayıb.


Rubrika.Az
Geri qayıt